Dekabrın 17-də Ağstafa rayon A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbdə 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında basketbol üzrə rayon turniri təşkil olunub.


Rekord.az xəbər verir ki, hərgin idman mübarizəsi şəraitində keçən turnirin nəticələrinə əsasən:


I yer – Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəb,  II yer – Namiq Həmzəyev adına Göycəli kənd tam orta məktəb, III yer – A.Mustafayev adına Həsənsu kənd tam orta məktəb.


Turnirdə ümumilikdə 56 nəfər iştirak edib.     Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.