“Ağstafa Gəncləri”nin 2 futbolçusuna 3 oyunluq cəza
- 16:45
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci liqanın 26-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyununun 54-cü dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 13 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Ağstafa Gəncləri” komandası 50 manat cərimə edilib.
“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 8 nömrəli futbolçusu Elgün Namazov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Ağstafa Gəncləri” komandası 800 manat cərimə edilib.
“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu bitdikdən sonra “Ağstafa Gəncləri” komandasının 6 nömrəli futbolçusu Turan Məmmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Ağstafa Gəncləri” komandası 800 manat cərimə edilib.
“Sheki City” – “Göygöl” oyunu təhlükəsizlik nümayəndəsinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Sheki City” komandası 200 manat cərimə edilib.
“Ağdaş” – “Kür-Araz” oyununda “Ağdaş” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.
“Ağdaş” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Quba” oyununda “Qaradağ Lökbatan” komandası oyun günü planına riayət etmədiyinə görə “Qaradağ Lökbatan” komandası 200 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.