
"Ağstafa gəncləri" "Kəpəz"lə oyunda nəyə ümid edir?
- 11:00
- 72
Ötən gün evdə "Ağdaş"la 0:0 oynayan "Ağstafa gəncləri" II Liqada ilk xalını qazandı.
Rekord.az-a açıqlama verən komandanın prezidenti Şahin Kərimov 1 xala görə üzüldüyünü bildirib: "Əslində bu oyuna qələbə üçün çıxmışdıq və oyun olaraq da pis oynamadıq, qol imkanlarımız da oldu. Komandam qələbəyə layiq idi. Təəssüf ki, 1 xalla kifayətləndik. İstənilən halda, çempionatda ilk xalımızı qazandıq və qarşıdakı oyunda ilk qələbəmizi qazanacağımıza da inanıram".
Kərimov ölkə kubokunun II mərhələsində "Kəpəz"lə üz-üzə gələcəkləri oyun haqda da fikirlərini bölüşdü: "Sonuncu dəfə 30 il qabaq Ağstafa klubu "Kəpəz"lə "Qərb derbisi"nə çıxıb. Çox xoşdur ki, 30 ildən sonra yenidən bu derbi təkrarlanacaq. Təbii ki, rəqib Premyer Liqa təmsilçisidir, nə qədər də sonuncu pillədə getsə də, yenə heyətində legionerləri var, bizimlə müqayisədə qat-qat güclüdür. Biz bu oyunda nəyə ümid edə bilərik? Ancaq döyüşkənliyə, mübarizliyə. Səviyyə fərqi hər nə qədər böyük olsa da, "Ağstafa Gəncləri" olaraq çıxıb mübarizə aparacayıq. "Kəpəz"lə oyun futbolçularımız üçün böyük təcrübə olacaq".