"Qarabağ" Futbol Akademiyasının direktoru Aftandil Hacıyev buradakı 2 illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Rekord.az-a açıqlama verən veteran futbolçu işə başladığı ilk günlərdən başlayıb: "İlk gəldiyimdə istedadlı uşaqların olduğunu gördüm. Bu, tək "Qarabağ"da yox, digər komandalarda da var idi.  Sadəcə, bu uşaqlara daha çox diqqət lazım idi.  Bütün mənalarda. Məşqlər, şərait, infrastruktur və s. şərait baxımından.  Uşaqlar sanki bunları bizdən gözləyirdi. Biz nələri dəyişdik? İlk növbədə işə yanaşmanı. Daha peşəkar məşqçilərə üz tutduq. Karyerasını bitirmiş tanınmış futbolçuları akademiyaya işə cəlb etdik. Hansı ki, məşqçi kimi böyük təcrübələri olmasa da, futbolçu kimi zəngin karyeraya malik olmalarının gənc futbolçulara da faydası dəyər. Bu mənada "Qarabağ"da oynamış futbolçular da diqqətdən kənarda qalmadı. Bundan başqa, elə məşqçilər var  ki, futbolçu kimi zəngin karyerası olmayıb, amma məşqçi kimi çox bacarıqlıdılar. Onları da akademiyamıza cəlb etdik. Daha sonra infrastruktur məsələsini böyük ölçüdə həll etdik. Bu mənada rəhbərliyin də dəstəyini xüsusi qeyd edərdim. Məhz onların dəstəyi sayəsində "Sərhədçi"dəki meydançanı yenisi ilə əvəzlədik, projektorları yenilədik, kiçik meydançanı təmir etdirdik. Bütün bunlardan sonra aşağı yaş qruplarımızdan ibarət komandalarımızı da "Sərhədçi"yə gətirdik. Hazırda akademiyamız mərkəzləşdirilmiş şəkildə "Sərhədçi"də məskunlaşıb, məşqlərimizi də, oyunlarımızı da burada keçiririk. Məşqçilərimzin maddi durumunun yaxşılaşması üçün də müəyyən addımlar atıldı. Çünki başa düşürük ki, məşqçi bütünlüklə işinə fokuslanmalıdır. Daha sonra, komandalarımızın ölkə xaricinə daha çox çıxışı, beynəlxalq turnirlərdə daha çox iştirakına da nail olduq. Görülən bütün bu işlərin nəticəsidir ki, milli komandalara ən çox dəvət alan futbolçular "Qarabağ"dandır".

3 seleksioner məşqçimiz var. Hər mövsüm müxtəlif bölgələrə səfərlər olur. Keçən mövsümdən seleksiyaçı məşqçilər qrupu yaradıldı. "Sərhədçi"də otel söhbətini həll elədik, bölgələrdən gələnləri yerləşdirə biləcəyik. 30-40 nəfər yerləşə bilər. Hazırda 10-15 uşaq var. Kor-koranə olmayacaq. Yaxşılar seçiləcək. 


Limitdən sonra müəyyən suallar yaratdı. Variantlardan biri icarədi. Çünki hamı "Qarabağ"da oynaya bilməz. Baxmayaraq ki, Qurban müəllim diqqət yetirir, amma "Qarabağ"ın hədəfləri başqadı. Hər həftə maraqlanırıq. 5-10 futbolçu məşqlərdə iştirak edir.  Amma böyüməsi üçün oynamaq lazımdır. Bir neçə klubdan təkliflər var, ad açıqlamağım mənfi təsir edə bilər, amma ad var. Tələb qoyulacaq ki oynasın. 


"Udineze" ilə əməkdaşlıq razılıq əldə olunub. Uşaqlar və məşqçilər gedib-gələcək, ora, təcrübə toplayacaq. Bir neçə futbolçularımıza təklif də gəlib. Videolar göndərmişik onların skautları baxıb kimi lazım bilib dəvət göndərəcək. Sentyabrda gözlənilir.