AFFA UEFA B məşqçilik kursuna müraciətlərin qəbulunu elan edib.


Rekord.az xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.


UEFA-nın Məşqçilik Konvensiyasına uyğun təşkil olunan kurs UEFA C lisenziyasına malik və məşqçilik fəaliyyətini növbəti mərhələyə daşımaq istəyən mütəxəssislər üçün nəzərdə tutulub.


Müraciətlər iyulun 26-dək elektron qaydada qəbul ediləcək.