AFFA Yüksək Qızlar Liqasında çıxış edən "Şəfa" komandasının futbolçusu Natella Məmmədova 3 oyunluq cəza alıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.


O, "Baku Juniors"la matçda təcavüzkar davranışa görə cəza ilə üzləşib.


"Baku Juniors"dan isə Mələk Kərimova eyni səbəbdən 3 matç komandasına kömək edə bilməyəcək.


Bundan əlavə, eyni çempionatda çıxış edən "Neftçi"nin oyunçusu Coşquna Əliyeva da 3 oyunluq cəza alıb. O, "Liman"la görüşdə rəqibi Mələk Hacıyevaya qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı.