AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb
- 14:40
- 31
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Bu barədə Rekord.az-a assosiasiyanın mətbuat xidmətindən bildirilib.
E.Məmmədov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən "Ali Sami Yen" stadionunda baş tutacaq.