
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
- 20 Avq 2025 18:30
- 57
AFFA-nın qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva beynəlxalq təyinat alıb.
Rekord.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
O, 2025/2026 mövsümündə qadınlar arasında Çempionlar Liqası çərçivəsində Albaniyada keçiriləcək miniturnirin UEFA nümayəndəsi olacaq.