AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb. 

Rekord.az xəbər verir ki, avstriyalı UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda iş başında olacaq.

O, “Atletiko” (İspaniya) –  “Bavariya” (Almaniya) oyununun hakim-inspektoru vəzifəsini yerinə yetirəcək. Bu matç dekabrın 2-də Madriddə keçiriləcək.