
AFFA rəsmiləri Parisdə Azərbaycanın Fransadakı səfiri ilə görüşüblər
- 09 Okt 2025 18:20
- 41
AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.
Rekord.az xəbər verir ki, Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandaya uğurlar arzulayıb.
Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.