AFFA rəhbərliyi cənub səfərində Lənkəran stadionuna niyə getməyib? - Rəsmi açıqlama
- 07 Dek 2025 21:31
- 98
AFFA rəhbərliyinin bölgələrə səfəri çərçivəsində baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə gedib. "Rekord.az" xəbər verir ki, onlar orada futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.
Maraqlıdır ki, rəsmilər bölgədə əksər arenalara baş çəksələr də, Lənkəran şəhər stadionuna getməyiblər. Bu da müəyyən suallar doğurub. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat xidmətinə müraciət etdik və bunun səbəbini soruşduq. Qurumun saytımıza rəsmi açıqlaması belə oldu: "Rəhbərliyin səfərində əsas məqsəd uşaq-gənclər komandalarının oyunlarını keçirdiyi meydançalara baxış keçirmək idi. Ümumilikdə isə federasiya olaraq bütün stadionları diqqətdə saxlayırıq".