Xəbər verdiyimiz kimi, "Qəbələ" rəhbərliyi AFFA rəhbərliyi ilə görüşmək istəyirdi. Növbəti mövsüm üçün federasiyadan maliyyə yardımı almaq üçün.

Rekord.az-a daxil olan məlumata görə, federasiya Qəbələ təmsilçisinin istəyini qəbul edib.

Yəni yaxın zamanlarda tərəflər arasında görüş baş tutacaq və AFFA-nın kluba növbəti dəfə yardım edib-etməyəcəyi məlum olacaq.

Böyük ehtimalla federasiya kluba növbəti mövsüm üçün də yardım edəcək. Lakin bunun qarşılığında müəyyən şərtlərinin olacağı gözlənilir.

Qeyd edək ki, ötən il AFFA "Qəbələ" klubuna cari mövsüm üçün 1.5 milyon manatlıq yardım ayırmışdı.