AFFA “Lənkəran”ın şikayətini qismən təmin etdi
- 29 Dek 2025 23:00
- 26
AFFA-nın Region Liqasında mübarizə aparan "Lənkəran"ın futbolçusu Səlim Alıyevlə bağlı şikayəti ilə əlaqədar qərarı açıqlayıb.
Rekord.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı şikayəti qismən təmin edib.
Dekabrın 7-də "Zəfər 44" komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçuya 4 matçlıq cəza verilmişdi.
Apellyasiya Arbitraj Tribunalı isə cəzanı 3 oyuna endirib.