AFFA Lənkəran təmsilçisinin şikayətini təmin etmədi
- 20:00
- 25
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun futbolçusu Şahin Ağayevlə bağlı şikayətini təmin etməyib.
Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da "Salyan" OİK-lə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası qüvvədə saxlanılıb.
Cənub təmsilçisinə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.