Öncədən məlumat verildiyi kimi, AFFA bu mövsüm "Region Liqası"nda mübarizə aparan bütün komandalara təmənnasız olara qforma və top verib.

Lakin Rekord.az-a daxil olan məlumata görə, bu məsələdə komandalar arasında ayrı-seçkilik qoyulub.

Belə ki, Bakı zonaslnda mübarizə aparan "İsgəndər Cavadov Futbol Akademiyası" ilə Qərb zonasında çıxış edən "Göyəzən"ə forma verilməyib. Bu komandalar hazırda köhnə mövsümdən qalan formalardan istifadə edir.