AFFA 4 komandaya texniki məğlubiyyət verdi
- 14:45
- 28
AFFA 4 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-14 Qızlar Liqasında "Pirallahı" və "Ümid" komandalarına heyətdə yetərsay olmadığı üçün texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında "Ərgünəş" komandasına "Real"la matçda təcili tibbi yardım maşını və ya həkim briqadası təmin etmədiyinə, "Bakı"ya isə "Mərcanlı" ilə oyunda heyətində lisenziyası olmayan futbolçu oynatdığına görə texniki məğlubiyyət verilib.