Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub.


Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib.


Xatırladaq ki, daha əvvəl "Koventri Siti" və "İpsviç Taun" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.