AÇ: Millimiz seçmə mərhələdəki ilk oyunda məğlub oldu
- 18:20
- 31
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.
Rekord.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 141:48.
Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.