AÇ-2020: Portuqaliya millisində koronavirus şoku
- 2021-06-13 16:00
- 529
Portuqaliya millisinin futbolçusu Joao Kanselo koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kanselonun koronavirus testi müsbət çıxıb.
Portuqaliya millisinin AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Macarıstan yığması ilə oyununun heyətinə Kanselonun əvəzinə Dieqo Dalot daxil edilib.
Macarıstan – Portuqaliya matçı iyunun 15-də keçiriləcək.