ABL-də 2026-cı ilin ilk görüşləri keçiriləcək
- 08 Yan 2026 13:20
- 51
Azərbaycan Basketbol Liqasında bu gün 12-ci tura start veriləcək.
Rekord.az xəbər verir ki, turun ilk oyun günündə B qrupunda iki görüş keçiriləcək.
Saat 15:00-da "Quba" "Ordu" ilə üz-üzə gələcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində baş tutacaq. "Ordu" 22 xalla qrup lideridir. 15 xala malik "Quba" dördüncüdür.
Saat 20:00-da isə "Sərhədçi" "Lənkəran"ı sınağa çəkəcək. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. "Sərhədçi" hazırda 15 xalla üçüncüdür. 14 xala malik "Lənkəran" isə sonuncu - 6-cı pillədə qərarlaşıb.
12-ci tura yanvarın 11-də yekun vurulacaq.