İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, "Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa bu ada layiq görülüb.


Məlumatı turnirin mətbuat xidməti yayıb. Kamrunlu futbolçu sorğuda Federiko Bonatsoli ("Kremoneze"), Hakan Çalhanoğlu ("İnter"), Nikolo Kambyaqi ("Bolonya"), Elia Kaprile ("Kalyari)" və Rafael Leaonu ("Milan") qabaqlayıb.


Anqissa oktyabr ayında İtaliya çempionatında keçirdiyi 4 oyunda 3 qol vurub.


Oktyabr ayının ən yaxşı məşqçisi də məlumdur. Bu ada "Roma"nın çalışdırıcısı Can Pyero Qasperini layiq görülüb.


Onun komandası oktyabrda A Seriyasında 4 oyundan 3-də qalib gəlib, 1-də uduzub.


"Roma" hazırda çempionatda 21 xalla 4-cü pillədə qərarlaşıb.