Azərbaycan Basketbol Liqasında 9-cu tura bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə B qrupunda iki matç keçiriləcək.


"Lənkəran" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.


Saat 20:00-da isə "Naxçıvan" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.


"Naxçıvan" B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" 11 xalla üçüncü, eyni xala malik "Quba" dördüncü, "Sərhədçi" 10 xalla beşincidir.


9-cu tura dekabrın 14-də yekun vurulacaq.