Azərbaycan Basketbol Liqasında bu gün 8-ci tura start veriləcək.


Rekord.az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.


B qrupunda "Sərhədçi" evdə "Ordu" ilə üz-üzə gələcək. Matç saat 17:00-da start götürəcək. "Ordu" qrupda 14 xalla liderdir. 9 xala malik "Sərhədçi" sonuncu - altıncıdır.


A qrupunda isə "Neftçi" "Gəncə" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq. "Gəncə" 8 xalla dördüncü, "Neftçi" 7 xalla beşincidir.


Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.