8-ci tura bu gün yekun vurulacaq
- 12:45
- 26
Azərbaycan Basketbol Liqasında 8-ci tura bu gün yekun vurulacaq.
Rekord.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
B qrupunda yer alan "Quba" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 9 xalla beşinci, eyni xala malik "gənclik şəhəri" təmsilçisi altıncıdır.
A qrupunda isə "Şəki" "Sabah"la üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 14 xalla ikinci pillədə qərarlaşıb.
8-ci turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni, "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.