6000-ci oyun
- 12:45
- 31
Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.
Rekord.az xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.
Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.
Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.