Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə 32-ci Azərbaycan çempionatına yekun vurulacaq.

Bəs bu dəfə çempionluq kubokunu hansı komanda başı üzərinə qaldıracaq? “Neftçi” İK ilk sevincini, yoxsa “Araz-Naxçıvan” sayca 20-ci çempionluğunu qeyd edəcək?

1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub. “Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.

Mövsüm

I yer

II yer

III yer

1993

Nicat (Bakı)

Avtomobilçi (Bakı)

İnşaatçı (Sabirabad)

1994/95

Azadə

Avtomobilçi

Neftçi

1995/96

Avtomobilçi

Neftçi

Azərneftyanacaq

1996/97

Avtomobilçi

Neftçi

Azərneftyanacaq

1997/98

Avtomobilçi

Nabspor

Avanqard

1998/99

Azərneftyanacaq

Avtomobilçi

Nabspor

1999/00

Azərneftyanacaq

Turan AİR

Anqlo Oil

2000/01

Turan AİR

Azərneftyanacaq

Anqlo Oil

2001/02

Turan AİR

Tribut

Viləş

2002/03

Tribut

Gömrükçü

Turan AİR

2003/04

Turan AİR

Qafqaz Universiteti

Gömrükçü

2004/05

Araz-Naxçıvan

Refarma

Asfarma

2005/06

Araz-Naxçıvan

Azfen

Asfarma

2006/07

Araz-Naxçıvan

Miri-Qrand

STAR GSM

2007/08

Araz-Naxçıvan

Qarabağ veteranları

Sumqayıt

2008/09

Araz-Naxçıvan

Neftçi İSM

Azmetko

2009/10

Araz-Naxçıvan

Neftçi İSM

EKOL

2010/11

Araz-Naxçıvan

Neftçi İSM

EKOL

2011/12

Araz-Naxçıvan

Neftçi İSM

EKOL

2012/13

Araz-Naxçıvan

EKOL

Neftçi İSM

2013/14

Araz-Naxçıvan

Neftçi İSM

Fener

2014/15

Khazar İslands

Fener

Araz-Naxçıvan

2015/16

Araz-Naxçıvan

EKOL

Neftçi İK

2016/17

Araz-Naxçıvan

Neftçi İK

EKOL

2017/18

Araz-Naxçıvan

Marafon Futsal

EKOL

2018/19

Araz-Naxçıvan

Xəzər Cənub

EKOL

2019/20

Araz-Naxçıvan

Marafon Futsal

EKOL

2020/21

Pandemiya ilə əlaqədar çempionat keçirilməyib. İK-nın qərarı ilə ölkəmizi UEFA Çempionlar Liqasında Araz-Naxçıvan təmsil edib.



2021/22

Araz-Naxçıvan

EKOL

Neftçi İK

2022/23

Araz-Naxçıvan

Neftçi İK

Baku Fire

2023/24

Araz-Naxçıvan

Baku Fire

Neftçi İK

2024/25

Araz-Naxçıvan

Baku Fire

Neftçi İK