“22 oyundur məğlub olmayan komandaya qalib gəldik” - Bağırov
- 21:58
- 36
“Kəpəz” bu gün Misli Premyer Liqasının 31-ci turunda çempion “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “sarı-göylər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Bağırov 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“İlk olaraq “Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Ölkəmizi Avropada uğurlu təmsil etsinlər.
Səhv etmirəmsə, 22 oyundur məğlub olmayan komandaya qalib gəldik. Qarşılaşmaların taleyini demək olar ki, ilk hissədə həll edirdilər. Bizim qapımız qarşısında da epizodları oldu. Yusif İmanova təşəkkür edirəm, yaxşı seyvlər etdi. Ümumilikdə, futbolçularımı təbrik edirəm”.