Futbol üzrə Azərbaycan 2-ci Liqasına vəsiqə qazanmaq uğrunda pley-off oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, "Biləsuvar" və "Ağstafa Gəncləri" komandaları üz-üzə gələcəklər.


Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.


Xatırladaq ki, ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü yeri tutub.