2-ci Liqada darmadağınla günü
- 17:01
- 31
2-ci Liqada 11-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.
“Quba” səfərdə “Şəki”ni, “Qaradağ Lökbatan” evdə “Dinamo”nu, “Ağstafa Gəncləri” isə “Araz Saatlı”nı böyük hesabla məğlub edib.
2-ci Liqa
11-ci tur
1 dekabr
“Şəki” – “Quba” 1:4
Qollar: Cavid İmamverdiyev, 64 - Vidadi Cəfərov, 45+4; 88; 90+2. İbrahim İbrahimli, 53.
“Qaradağ Lökbatan” – “Dinamo” 4:1
Qollar: Tofiq Nəsibov, 23; 45+2-pen. Rövşən Şahmuradov, 28. İlham Hüseynov, 90+3 - Orxan Novruzov, 88.
“Ağstafa Gəncləri” – “Araz Saatlı” 4:1
Qollar: Elgün Namazov, 20; 29; 86. İlkin Allahverdiyev, 43 – Kamran Hüseynov, 81-öz qapısına.