2-ci liqa komandasının futbolçusuna 3 oyunluq cəza
- 14:00
- 28
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci liqanın 11-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Ağstafa Gəncləri” – “Araz Saatlı” oyununda “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Quba” oyununda “Quba”da 4 nəfər sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Quba” oyununun 74-cü dəqiqəsində “Sheki City” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Sheki City” komandası 300 manat cərimə edilib.
“Ağdaş” – “Göygöl” oyununda “Göygöl” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.