Peşəkar Futbol Liqası Azərbaycan derbilərinin keçirildiyi stadionlarla bağlı statistikanı açıqlayıb.


Rekord.az xəbər verir ki, ilk derbi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.


Tofiq Bəhramov adına Respublika Stadionu daha çox – 30 derbini qəbul edib.


Ümumilikdə 14 arenada derbi keçirilib.


Tofiq Bəhramov adına Respublika Stadionu, 8-ci km (müxtəlif adlar altında) stadionu və “Liv Bona Dea Arena”da hər iki komanda ev sahibi olub.


“Neftçi” “Qarabağ”ı 4 stadionda qəbul edib. 


“Neftçi”nin ev oyunları 8-ci km stadionunda daha çox – 23 dəfə keçirilib.


“Qarabağ” rəqibini 12 arenada qəbul edib. 


“Qarabağ”ın ev oyunlarına Suraxanıdakı stadion (yenidənqurmadan əvvəl və sonra) daha çox ev sahibliyi edib – 18 dəfə.


Derbilər 5 müxtəlif şəhərdə keçirilib.


Neytral meydandakı iki oyunun biri Tofiq Bəhramov adına Respublika Stadionunda, biri ADBTİA stadionunda keçirilib.


2010/11 mövsümündə “Neftçi”nin 2, “Qarabağ”ın 1 ev derbisi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. 2014/15 mövsümündə isə hər komanda 1 dəfə rəqibini 8-ci km stadionunda qəbul edib.


2020/21 mövsümündə 4 matçın hərəsi bir stadionda – 4 fərqli arenada baş tutub.