
14 qol vuran komandanın hücumçusu: "Hesab bizim üçün önəmli idi"
- 13:00
- 48
II Liqanın 6-cı turu çərçivəsində səfərdə "Araz Saatlı"nı 14:0 hesabı ilə məğlub edən "Xankəndi"nin hücumçusu Tural Qurbatov Rekord.az-a müsahibə verib:
- 14:0-lıq qələbəni necə şərh edərdin?
- Düzdür, böyük hesablı qələbə oldu, amma biz öz hədəfimiz üçün meydançaya çıxmışdıq. Hədəfimiz isə hər oyunda qələbə qazanmaqdı. Bu mənada hesab bizim üçün önəmli idi. Çünki gələcəkdə ola bilsin ki, top fərqi önəm daşısın.
- Artıq aktivində 7 qol var. Bombardir olmaq kimi bir hədəfin var?
- Hər hücumçu kimi mən də qol vurmaq istəyirəm. Qarşıma sırf bombardirlik kimi hədəf qoymasam da, hər oyunda qol vurmaq istəyirəm.
- Hədəfiniz yəqin ki, dəyişməyib...
- Xeyr həfəfimiz çempionluqdu və inanıram ki, yekunda buna nail olacayıq.
Anar XANLAR0V