İspaniya Sequndasında 40-cı turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, “Rasinq” doğma meydanda “Valyadolid”i 4:1 hesabı ilə məğlub edərək 14 ildən sonra La Liqaya vəsiqəni rəsmiləşdirib.


40 turdan sonra hesabında 78 xal olan “Rasinq” turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyiciləri “Deportivo” və “Almeriya”nı 7 xal qabaqlayır. “Deportivo”nun ehtiyatda bir oyunu olsa da, mövsümün sonuna iki tur qaldığından “Rasinq” ilk iki pillədən aşağı düşməyəcək və növbəti mövsüm La Liqada çıxış edəcək.