1/4 final mərhələsinin cütləri bəlli oldu
- 22:11
- 27
Futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.
Rekord.az xəbər verir ki, buna 1/8 final mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.
1/4 final mərhələsinin cütləri:
"Turan Tovuz" - "Kəpəz"
"Zirə" - "Sumqayıt"
"Şamaxı" - "Qarabağ"
"Sabah" - "Qəbələ"
1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.