Azərbaycan Basketbol Liqasında bu gün 11-ci tura start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.


Bakı İdman Sarayında "Ordu" "Naxçıvan"la üz-üzə gələcək. "Sumqayıt" isə Sumqayıt Olimpiya İdman Kompleksində "Lənkəran"ı sınağa çəkəcək.


Hər iki görüş saat 19:00-da start götürəcək.


Daha iki matç sabah baş tutacaq. 11-ci turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları isə təxirə salınıb.