101 debüt
- 30 Dek 2025 23:30
- 26
Misli Premyer Liqasının 2025/2026 mövsümü 101 futbolçunun turnirdə debütü ilə əlamətdar olub.
Rekord.az xəbər verir ki, sözügedən statistika ilə bağlı Peşəkar Futbol Liqası məlumat yayıb.
Onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.
"Qəbələ" və "Karvan-Yevlax"da daha çox – hərəsində 14 debüt gerçəkləşib. "İmişli" 13, "Kəpəz", "Neftçi" və "Şamaxı" hərəyə 10 yeni oyunçuya Premyer Liqada ilk matça çıxmaq imkanı verib.
"Sumqayıt" 8, "Sabah" 7, "Qarabağ" 6, "Turan Tovuz"la "Araz-Naxçıvan" hərəyə 4 debütanta şans verib. "Zirə"də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.
12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib. "Qəbələ" bu göstəricidə liderdir – 5 oyunçu. "Şamaxı"da 4, "İmişli"də 3, "Kəpəz"lə "Karvan-Yevlax"ın hərəsində 2, "Sumqayıt"da 1 azərbaycanlı debüt şansı əldə edib.