Naxçıvan şəhərində yeni idman mağazası açılıb.

 

"Rekord.az" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən Kitab Evi binasında istifadəyə verilən yeni idman mağazasında bütün yaş qruplarına aid məhsullar var. Yeni ünvanda satılan markalar dünyaca məşhur idman geyimləri və idman avadanlığı markalarına aid məhsullardır. Həmçinin burada müxtəlif aksesuarlar və çantalar da alıcılara təklif olunur. Hər fəsilə və dəbə uyğun mallar çeşid bolluğu, yüksək keyfiyyəti və sərfəli qiyməti ilə seçilir.


Mağazada müxtəlif idman növlərinə və müxtəlif firmalara xas olan 200 növdən çox idman ayaqqabıları var. İdman geyimləri üçün idman ayaqqabılarına üstünlük verənlər və müəyyən bir idman növü ilə maraqlananlar bu mağazada öz tələbatlarına uyğun məhsullar tapa bilərlər.

 

Bununla yanaşı, mağazada idman fəaliyyətləri zamanı lazım olan məhsullar da satılır. Belə ki, idmançıların tapa biləcəyi məhsullar arasında basketbol, tennis, üzgüçülük, stolüstü tennis, futbol, boks, fitnes və sair idman növlərinin avadanlığı da var. Həmçinin fitneslə məşğul olanlar mağazadan müxtəlif vitaminlər də əldə edə bilərlər.

 

Alıcıların mağazaya gəlmədən istədikləri məhsulları satın alması da mümkündür. Belə ki, 600 növdən çox məhsulun satıldığı idman malları mağazasının sosial şəbəkələrdəki "idman_malları_nmr" rəsmi səhifələrindən istənilən məhsulun sifarişini də vermək mümkündür.


Mağaza həftənin hər günü saat 10:00-dan 19:00-adək fəaliyyət göstərir.