Millinin Malta ilə oyununda zədə alaraq İspaniyada əməliyyat olunan Xəyal Əliyev hazırda müalicə kursu keçir.

Rekord.az xəbər verir ki, futbolçu "Sabah"ın təsnifat mərhələsindəki oyunlarında komandaya kömək edə bilməyəcək.

O, ən yaxşı halda qrup oyunlarında "Sabah"a kömək edə bilər. Əlbəttə, komanda ora düşməyi bacarsa.