“ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir”
- 12:20
- 34
ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir.
Rekord.az xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Maurisio Poçettino Avstraliyaya qarşı mundialın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:
"Dekabrda keçirilən püşkatmadan sonra qrupun çox çətin olacağını düşünürdüm. Həqiqətən də, güclü rəqiblərə qarşı çıxış edirik. Amma Avstraliya ilə matça nəzarət edən tərəf biz idik. Futbolçular möhtəşəm çıxış etdilər. Azarkeşlərimiz üçün də çox sevinirəm. Kristian Pulisiçin oynaması mümkün deyildi, lakin bu turnirdə qalib gəlmək istəyiriksə, bütün heyətə ehtiyacımız var. Ümid edirəm ki, o ən qısa zamanda sağalıb komandaya kömək edə biləcək".
Qeyd edək ki, ABŞ Avstraliya seçməsini 2:0 hesabı ilə məğlub edib.