Məlum olduğu kimi, Belarusun BATE klubu Konfrans Liqasında ev oyunlarını Sumqayıtdakı "Mehdi Hüseynzadə" adına stadionda keçirəcək.

Rekord.az xəbər verir ki, bunun üçün Sumqayıt stadionuna icarə haqqı ödəniləcək.

Həmin məbləğlə bağlı da məlumat əldə etmişdik. Belə ki, Belarus təmsilçisi bir oyun üçün Sumqayıt stadionuna 10 min avro pul ödəyəcək.