Azərbaycanlı şahmatçı DÇ-də Maqnus Karlsenə qalib gəldi
- 16:40
- 35
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.
Rekord.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.
Yekunda Azərbaycanın "Odlar Yurdu" komandası Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazanıb - 3,5:2,5.
Qeyd edək ki, "WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır. Heyəti əsasən gənc şahmatçılardan formalaşan "Odlar Yurdu" 15 xalla 8-ci pillədə qərarlaşıb.