Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, bu gecə daha 3 oyun baş tutub.


Gecənin ilk görüşündə Şotlandiya Mərakeşlə üz-üzə gəlib. Boston stadionunda keçirilən C qrupunun 2-ci turunun matçında afrikalılar qələbə qazanıb – 1:0. Matçdakı yeganə qolu 2-ci dəqiqədə İsmael Saybari vurub.


İlk turda xal itirən Braziliya bu dəfə Haiti yığmasına qalib gəlib. Filadelfiya stadionunda keçirilən qarşılaşmada “sambaçılar” 3:0 hesablı qələbəyə seviniblər. Braziliyanın qollarını Mateus Kunya (23, 36) və Vinisius Junior (45+3) vurublar.


İlk matçda Avstraliyaya uduzan Türkiyə millisi üçün mundial erkən bitib. Bu dəfə Paraqvayla qarşılaşmada erkən qol buraxan qardaş ölkə təmsilçisinin hətta 3-cü olmaq şansı da qalmayıb. 2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb, qalan dəqiqələrdə hesab dəyişməyib.


Qeyd edək ki, Türkiyə millisi son turda ABŞ yığması ilə qarşılaşacaq.