Azərbaycan millisi İsraili quru hesabla məğlub etdi
- 21:33
- 36
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Şimali Makedoniyada təşkil olunan 3-cü turun ilk qarşılaşmasında İsraillə üz-üzə gəlib.
Strumiça şəhərində baş tutan görüş voleybolçularımızın üstünlüyü ilə keçib. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız meydandan quru hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, millimiz növbəti oyununu sabah İsveçrəyə qarşı keçirəcək.
Avropa Liqası
19 iyun
Azərbaycan - İsrail 3:0 (25:20, 25:19, 25:20)