“ABŞ ilə matçda səhvlərə görə qapımızda qollar gördük”
- 11:40
- 34
Avstraliya millisi ABŞ ilə matçda buraxdığı səhvlərə görə qapısında qollar görüb.
Rekord.az xəbər verir ki, bunu Avstraliya yığmasının baş məşqçisi Toni Popoviç ABŞ-ə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis uduzduqları qarşılaşmanı şərh edib:
"ABŞ ilə matçda futbolçularımız ağır və yorğun təsir bağışladılar. Rəqib bizdən daha güclü görünürdü və demək olar, bütün ikili mübarizələri qazanırdı. İki çox sadə səhvə görə qapımızda qol gördük. İkinci hissədə göstərdiyimiz performans möhtəşəm idi və futbolçularımız nə qədər keyfiyyətli olduqlarını nümayiş etdirdilər. Amma ilk hissədə həm fiziki, həm də psixoloji baxımdan çox çətinlik çəkdik".
Qeyd edək ki, ABŞ Avstraliya seçməsini 2:0 hesabı ilə məğlub edib.