Azərbaycan idmançısı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək.


Bu barədə Rekord.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.


O, UFC ilə müqavilə imzalayıb. Yarımorta çəki dərəcəsində döyüşçünün rəqibi braziliyalı Ceferson Nasimento olacaq.


Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.