ABŞ Avstraliya millisinə də qalib gəldi
- 01:12
- 30
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın növbəti görüşündə ABŞ və Avstraliya yığmaları qarşılaşıblar.
Sietl stadionunda keçirilən D qrupunun 2-ci turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Əvvəlcə avstraliyalıların heyətində Kameron Burges 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Friman yekun nəticəni müəyyənləşdirib.
Bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.