Lukiçdən mundiallar tarixində yeni rekord
- 13:00
- 51
Bosniya və Herseqovina millisinin futbolçusu Yovo Lukiç dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu buna DÇ-2026-nın qrup mərhələsinin I turunda Kanada yığması ilə heç-heçə etdikləri (1:1) matçda nail olub.
Qarşılaşmada hesabı açan forvard hava toplarında dominant oyun nümayiş etdirib və rəqibləri ilə 9 epizodun hamısından qalib ayrılıb.
Beləliklə, Y.Lukiç həmin statistikanın qeydə alınmağa başladığı dövrdən (1966-cı il mundialı) etibarən hava toplarında bu sayda uğurlu olan yeganə oyunçudur.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.