“Dünya çempionatında emosiyaları kənara qoymaq lazımdır”
- 14:00
- 32
“Dünya çempionatında emosiyaları kənara qoymaq lazımdır”.
Rekord.az xəbər verir ki, bu barədə futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro açıqlama verib.
63 yaşlı mütəxəssis ABŞ yığmasına 1:4 hesabı ilə uduzduqları DÇ-2026-nın qrup mərhələsinin I turunun oyunundan sonra fikirlərini bölüşüb:
"Mundialda emosiyaları kənara qoymaq lazımdır. Rəqib layiqli qələbə qazandı. Onlar bizi texniki, taktiki və fiziki cəhətdən üstələdilər. Bu yarışda irəliləmək istəyiriksə, daha yaxşı oynamalıyıq".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.