Mundialın açılış oyunu yeni rekordla yadda qalıb
- 13:40
- 31
Futbol üzrə DÇ-2026-nın açılış matçı rekord göstərici ilə yadda qalıb.
Rekord.az xəbər verir ki, ilk dəfə açılış oyununda baş hakim futbolçulara 3 qırmızı vərəqə göstərib.
Rekord göstərici Meksika - CAR qarşılaşmasına təsadüf edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qırmızı vərəqə 49-cu dəqiqədə göstərilib. CAR millisinin futbolçusu Sfifelo Sitxole rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə meydandan kənarlaşdırılıb.
84-cü dəqiqədə VAR sisteminin müdaxiləsindən sonra braziliyalı hakim Vilton Sampayo kobud oyuna görə Tembe Zvaneyə qırmızı vərəqə göstərib. Bununla da Afrika təmsilçisi oyunu 9 nəfərlə davam etdirməli olub.
90+2-ci dəqiqədə isə növbəti qırmızı vərəqə qeydə alınıb. Meksika millisinin müdafiəçisi Sezar Montes rəqibin aşkar qol imkanını əngəllədiyinə görə meydandan qovulub.
Beləliklə, dünya çempionatlarının açılış oyunlarında göstərilən qırmızı vərəqələrin sayı üzrə yeni rekord müəyyənləşib. Əvvəlki rekord 1990-cı ildə Argentina və Kamerun yığmaları arasında keçirilən açılış matçında qeydə alınmışdı. Həmin görüşdə Kamerun millisinin iki futbolçusu qırmızı vərəqə almışdı.
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb