“Sumqayıt”ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq
- 14:20
- 32
"Sumqayıt"ın futbolçusu Kənan Feyziyev əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Azərbaycan Premyer Liqasının 32-ci turunda, "Zirə" ilə matçın gedişində zədələnən gənc müdafiəçinin Türkiyənin paytaxtı Ankaradakı əməliyyatı uğurlu keçib.
Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.